Mobil versiya
“Maddi problemləri olanlara kömək edəcəyik” - Azad Rəhimov
Tarix: 02-02-2017 | Saat: 17:14
Bölmə:İdman | çapa göndər

“Maddi problemləri olanlara kömək edəcəyik” - Azad Rəhimov






Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə bağlı hazırlıq işləri yekunlaşmaq üzrədir.

“AİA.AZ” APA TV-yə istinadən xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov deyib.

O bildirib ki, nəqliyyat sistemi ilə bağlı daha ucuz və əlverişli vasitələr tapılıb: "Avropa Oyunlarında çoxlu avtobuslar sifariş olunmuşdu. Bu dəfə biz başqa variantlar üzərində işlədik, daha ucuz və daha əlverişli vasitələr tapdıq. Əsas odur ki, idmançılar razı qalsınlar və yarış məkanlarına vaxtlı-vaxtında çatdırılsınlar".

Azad Rəhimov deyib ki, əsas məqsəd 57 ölkənin İslamiadada iştirakını təmin etməkdir: "50 ölkədən tam təsdiq almışıq, onlar iştirak edəcəklər. 7 ölkə isə bəzi səbəblərə görə gələ bilmir. Bəzilərinin maliyyə məsələləri ilə bağlı problemlər var. Çalışırıq kömək edək ki, onları bu oyunlara cəlb edək".

Nazir "Formula 1" Qran Prisi ilə bağlı heç bir yeni sifarişin olmayacağını deyib: "Bütün lazımi avadanlıqlar, hər şey var. Şəhərdə görmüsünüz ki, bəzi tikililər öz yerində qalıb. Bu ona görədir ki, İslam Oyunları may ayının 22-də başa çatır. Düz 1 aydan sonra isə "Formula 1" başlayır. Qısa bir müddətdir, amma heç bir çətinlik görmürük. Vaxtlı-vaxtında bütün bu qurğular yerində olacaq".



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2024