Mobil versiya
Bakıda Müsavata qarşı etiraz aksiyası keçirildi
Tarix: 02-02-2017 | Saat: 15:50
Bölmə:Gündəm / Manşet | çapa göndər

Bakıda Müsavata qarşı etiraz aksiyası keçirildi





Bu gün Bakıda bir qrup gənc Müsavat Partiyasının qərargahı qarşısında etiraz aksiyası keçirib.

Etirazçılar Müsavat Partiyası rəhbərliyinin apardığı qızışdırıcı siyasətə, ümummilli lider, ölkə haqqında səsləndirdiyi qeyri-etik fikirlərə etirazlarını bildiriblər.

Aksiyada “Natamam elmi işçi və uğursuz siyasətçi müasir gəncliyə hansı nümunə göstərə bilər?”, “İdarəçiliyinizi gördük, daha hərc-mərclik istəmirik!”, “Müsavat irsi ilə, M.Ə.Rəsulzadə adı ilə alver etmə! Sənə artıq heç kəs inanmır!”, “Sən nəinki ölkəni, heç kolxozu da idarə edə bilməzsən!”, “Kreslo hərisi, kabineti niyə tərk etmirsən?!”, "İsa Qənbər, cavab ver! Torpaqları satan şərəfsiz! Bir il hakimiyyəti dövründə torpaqların 20 faizini satan alçaq", "Azərbaycan torpaqlarını işğal edənlərdən biri də İsa Qəmbərdir", "Hakimiyyətdə olduğun dövrdə 7 nəfəri güllələtdirən satqın!", "Çıx ölkədən, sənin Azərbaycanda yaşamağa haqqın yoxdur!", "Milli satqın!", "Çıx, Azərbaycan gəncliyinə cavab ver!" kimi şüarlar səsləndirilib. (Trend)



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024