Mobil versiya
Belarus KTMT-dən çıxmağa hazırlaşır - KİV
Tarix: 02-02-2017 | Saat: 13:56
Bölmə:Manşet / Seçilənlər | çapa göndər

Belarus KTMT-dən çıxmağa hazırlaşır - KİV




Belarus Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmağa hazırlaşır.

"AİA.AZ" xəbər verir ki, bu barədə “Regnum” agentliyi məlumatlı mənbələrə istinadən xəbər yayıb. Məlumatda bildirilir ki, rəsmi Minsk Rusiya-Belarus İttifaq Dövlətini də tərk edə bilər.

“Regnum”a məlumat verən mənbə deyib ki, rəhbərliyin siyasətindən asılı olmayaraq istənilən halda Belarus xalqı qardaş xalq olaraq qalacaq.

Qeyd edək ki, rəsmi Minsk 80 ölkə vətəndaşlarına müvəqqəti vizasız rejim tətbiq etdikdən sonra Rusiya hökuməti bu ölkə ilə sərhəddə insanların və nəqliyyatın gedib-gəlişini yoxlamaq üçün sərhəd zonalarının yaradılmasına dair qərar qəbul edib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024