Mobil versiya
Abonentlər “Bakcell”-dən imtina edir - İyrənc fırıldaqçılıq
Tarix: 01-02-2017 | Saat: 21:49
Bölmə:Manşet | çapa göndər

Abonentlər “Bakcell”-dən imtina edir - İyrənc fırıldaqçılıq




Səbəb isə müştərilərini aldadılmasıdır



"Bakcell” şirkəti tərəfindən abunəçilərin müxtəlif üsullarla aldadılaraq balanslarından pul slinməsi barədə bir neçə gün əvvəl məqalə(http://www.xural.com/?p=34589) dərc etmişdik. Yazıda qeyd olunurdu ki, müştərilər göndərilən mesajlar vasitəsilə müxtəlif xidmətələrə (ulduz falı, lətifə, hava durumu, test sualları, müxtəlif viktorina oyunları və s.) abunə etdirilir və xəbəri olmadan balansından gündəlik müəyyən məbləğ silinir.

Yazının dərcindən sonra belə problemlə üzləşən "Bakcell” abunəçilərindən biri Amil Xelilov sosial şəbəkədə həm bu məsələ, həm də "Bakcell”-in digər qanunsuz əməlləri, fırıldaqları barədə ətraflı fikirlərini paylaşıb.

"”Bakcell”-in fırıldaqçı partnyorları xəbəriniz olmadan sizin nömrənizin məbləğinizi (konturunuzu) ələ keçirir. İndi hər şeyi izah edəcəm. Əvvəla, onu qeyd edim ki, mən bir neçə günə ya "Azercell”, ya da "Nar” abunəliyini qəbul edəcəm. (nömrə dəyişməyəcək olduğu kimi qalacaq sadəcə şəbəkəni dəyişəcəm).

Dostlar, siz mobil telefonunuzla hər hansı bir sayta daxil olub xəbər oxuyanda sizə ekranda reklam xarakterli yazı gəlir. Siz o yazını silsəniz belə, avtomatik həmin xidmətə qoşulursunuz. 50 dəfə stop yazsanız belə dəxli yoxdu. Yenə sizi qoşacaqlar. Özü də işlərini əvvəlcədən bilirlər. Dünən mən "Bakcell”in müştəri xidməti ilə danışdım. Qeyd edim ki, çox kobudcasına insanla danışırlar. Sual verirsən, kobud cavab verirlər. Mənə 5 provayder nömrəsi verdi. Həmin provayderlər "Bakcell”-ə işləyir. Hər birinə zəng edib xidməti dayandırdım. Deyirəm, ay xanım, axı mən heç bir mesaj göndərməmişəm. Cavab qısa olur "sayta daxil olmusuz . Və avtomatik qoşulub.”

Əvvəla, "Bakcell” operatorlarına və onun provayderlərinə danışıq mədəniyyəti öyrətməyi "Bakcell” MMC-dən xahiş edərdim. Bu yerdə sözün həqiqi mənasında "Azercell” öndədir. Adamlar işlərini bilir. Müştəri ilə necə danışmaq lazımdır, gedin onlardan öyrənin. Dostlar, əgər sizə də hər hansı bir reklam və xəbər mesajı gəlirsə, bilin ki, 59 qəpik sizin nömrənizdən çıxılacaq. Lap nömrənizin balansında pul olmasa belə, nə zaman məbləğ artırsanız, həmin an 59 qəpik sizdən tutulacaq. "Cin Kredit” xidmətinin sayını artırıb. Guya yaxşılıq edib. 4 dəfə kredit verir. Əslində, Avropa operatorları abunəçiyə reklam mesajı göndərirsə, onun balansına pul da göndərir. "Azercell”də də belə bir xidmət var idi. Hər mesaja 2 qəpk əlavə olunurdu (İndi bilmirəm var, ya yox).

Bütün "Bakcell” abunəçiləri. Aşağıda qeyd etdiyim kimi pulsuz mesajları müvafiq nömrələrə göndərin. Əgər "xidmət dayandırlıdı” mesajı alsanız, bilin ki, "Bakcell”in bu özünəbənzər xidmətinə siz də bilmədən qoşulmusunuz…

5595 böyük həriflərlə STOP yazıb göndərin

6555 böyük həriflərlə STOP yazıb göndərin

9621 böyük həriflərlə STOP yazıb göndərin

9095 böyük həriflərlə STOP yazıb göndərin

"Bakcell” əməlli-başlı müştərilərin cibinə girir. Cin tarifləri belə sərf etmir. Nar mobildə hər yerə 4 qəpk ("Azercell” nömrələrində də var) olduğu halda Cin abunəçiləri 9-12 qəpk arası danışır.

"BAKCELL” YA BU ANORMAL PROVAYDERLƏRDƏN İMTİNA ETMƏLİ, YA DA ABUNƏÇİLƏRİNİ İTİRMƏLİDİR. ÇOX TƏƏSSÜF Kİ, NÖMRƏ DAŞINMA XİDMƏTİ HEÇ BİR OPERATOR TƏRƏFİNDƏN REKLAM EDİLMİR. EDİLSƏ, MƏNCƏ "BAKCELL” ÇOX UDUZACAQ. HƏM DƏ TƏKLİF EDİRƏM Kİ, NÖMRƏ DAŞIMA XİDMƏTİNİ TƏBLİĞ ETSİNLƏR VƏ KAMPANİYALAR KEÇİRSİNLƏR.

Bu arada siz də hər hansı bir operatordan imtina etmək istəsəniz, edə bilərsiniz. Nömrəniz olduğu kimi qalır. Yəni operator kodu belə dəyişmir. 055 olsa da belə ya "Azercell”, ya "Nar” abunəçisi ola bilərsiz” – deyə qeyd edən A.Xəlilov hər kəsi bu məlumatlarla tanış etməyə çağırır.

Beləliklə, görünən odur ki, müştərilərini aldadaraq daha çox pul qazanmağa çalışan "Bakcell” nüfuzunu və müştərilərini itirmək üzrədir. Araşdırmalarımız davam edir.

Mənbə: xural.com

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024