Mobil versiya
Ticarət mərkəzində iş adamını güllələdilər
Tarix: 01-02-2017 | Saat: 09:41
Bölmə:Cəmiyyət / Karusel | çapa göndər

Ticarət mərkəzində iş adamını güllələdilər




Türkiyədəki ticarət mərkəzlərinin birində iş adamına silahlı hücum təşkil edilib.

aia.az "Milliyet"ə istinadla bildirir ki, Zonquldağın Ereyli mahalında yerləşən AVM-in kafesində oturan biznesmen Varol Bayrak silahlı hücuma məruz qalıb. O, oturduğu əsnada əlində silah olan şəxs ona yaxınlaşıb, bir dəfə atəş açaraq qaçıb. Ayağından güllə yarası alan iş adamı təcili xəstəxanaya çatdırılıb. Onun vəziyyəti normaldır.

Polis təhülkəsizlik kamerasından atəş açan şəxsin kimliyini müəyyən edərkən həmin şəxs özü polisə təslim olub. Hələlik onun iş adamına güllə atmasının səbəbi bilinmir.

Məsələ ilə bağlı araşdırma aparılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024