Mobil versiya
Komitə sədri: "Deputatlar bu kitablardan bəhrələnə bilərlər"
Tarix: 31-01-2017 | Saat: 17:48
Bölmə:Gündəm / Karusel | çapa göndər

Komitə sədri: "Deputatlar bu kitablardan bəhrələnə bilərlər"







Azərbaycan Prezidentinin 2016-cı ili "İslam Həmrəyliyi İli" elan etməsi İslam dünyasında siyasi liderlər içərisində İslam həmrəyliyinə çağırış adlandırılır.

Aia.Az Trend-də istinadən bildirir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu gün Milli Məclisdə "Müasir çağırışlar və İslam həmrəyliyi" mövzusunda konfransda çıxışı zaman deyib.

M.Qurbanlı bildirib ki, Prezident İlham Əliyevin bununla bağlı sərəncamında söhbət təkcə dindən getmir: "İslam dünyasında həmrəylik təkcə din ilə bağlı deyil. Dünyada bugünkü çağırışlar baxımından İslam həmrəyliyi vacib əhəmiyyət kəsb edir. Çünki bun gün biz dünyada İslam dünyasına qarşı müəyyən təzyiqləri, basqılar müşahidə edirik. Bu baxımdan İslam dünyasının iqtisadi sahdə həmrəyliyi, beynəlxalq təşkilatlarda həmrəyliyi olmalıdır".

M.Qurbanlı deyib ki, bu gün 7 milyard dünya əhalisinin 25 faizi islam dininə sitayiş edir: "İslam dünyası 100 trilyon dollarlıq dünya iqtisadiyyatında yalnız 8,5 faiz paya malikdir. Dünya neft ehtiyatlarının 60 faizi, qaz ehtiyatlarının 62 faizi islam ölkələrindədir. Ancaq internetləşmənin səviyyəsi İslam ölkələrində dünya orta göstəricisindən 4 dəfə azdır. Dünyadakı elmi kəşflərin yalnız 1,5 faizi islam alimlərinin payına düşür. Nobel mükafatçılarının yalnız 2-3 faizi islam alimləridir. İslam ölkələri arasında iqtisadi sahədə, beynəlxalq təşkilatlarda, siyasi sahədə bir həmrəlyik olmalıdır. Bütün bu çağırışlar Prezidentin sərəncamında əksini tapıb. İslam həmrəyliyi svilizasiyalararası həmrəyliyə bir körpü yaratmaq məqsədi daşıyır".

M.Qurbanlı çıxışında, həmçinin deyib: "Biz bu sahədə ilk tədbirin məhz Milli Məclisin Kitabxanasında keçirilməsini vacib saydıq. Dövlət Komitəsi olaraq Kitabxanaya 50 kitab hədiyyət etdik. Bu kitablar arasında "İslam ensiklopediyası", Quran da var. Deputatlar bu kitablardan bəhrələnə bilərlər".


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024