Mobil versiya
WhatsApp-dan 2 MÖHTƏŞƏM YENİLİK - Hələ beləsi olmamışdı
Tarix: 31-01-2017 | Saat: 17:25
Bölmə:Şou-biznes / Karusel | çapa göndər

WhatsApp-dan 2 MÖHTƏŞƏM YENİLİK - Hələ beləsi olmamışdı




WABetaInfo-nun Twitter səhifəsində WhatsApp messencerinin yeni funksiyaları sızdırılıb.

aia.az technote.az-a istinadən xəbər verir ki, bundan sonra messencerdəki qrup çatlarında olan iştirakçıların olduqları yeri təyin etmək mümkün olacaq. İştirakçıların real zaman ərzində yerlərinin təyin olunması (Live Location Tracking) funksiyası, messencerin həm Android, həm də iOS versiyalarına əlavə olunacaq. Sözügedən funksiya öncə deaktiv vəziyyətdə olacaq. Lakin onu ayarlar bölməsindən aktiv etmək mümkün olacaq. İstifadəçilərin yerini təyin etmək funksiyasını 1, 2, 5 dəqiqə və ya bilinməyən vaxta qədər aktiv etmək olacaq. Bu çox rahat funksiyadır. Belə ki, istifadəçi qrup çatındakı digər istifadəçilərin görüş təyin olunmuş yerdən nə qədər uzaqda olduqlarını öyrənə biləcək. Hər bir istifadəçi, onu izləyə bilmək xüsusiyyətini dayandıra bilər. Bunu da təbii ki, ayarlardan etmək mümkün olacaq. Sözügedən funksiyadan başqa, həmçinin messencerə ismarıcların geri çağırılması və redaktə olunması əlavə olunur. Hər iki funksiya istifadəçi tərəfindən oxunmayan ismarıclara şamil olunacaq. Geri çağırılma ismarıcı ləğv edir və ismarıcı qəbul edən şəxs onu görmür. Redaktə etmək xüsusiyyəti isə ismarıcın mətnini dəyişməyə imkan verəcək. Beləliklə ismarıcı qəbul edəcək şəxs redaktə edilmə prosesini görmədən mətnin yenilənmiş versiyasını görəcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024