Mobil versiya
Ən çox “vorzakon” yetişdirmiş ölkələr – STATİSTİKA
Tarix: 18-09-2015 | Saat: 12:15
Bölmə:Gündəm / Aia TV / Karusel | çapa göndər

Ən çox “vorzakon” yetişdirmiş ölkələr – STATİSTİKA
“Qanuni” oğrulara yaxınlığı ilə seçilən məşhur “Praym Kraym” informasiya portalı kriminal ünsürləri ən çox yetişdirən ölkələrin adlarını açıqlayıb.



Sayt indi dünyada ümumilikdə 485 nəfər “qanuni oğru”nun mövcud olduğunu yazır:



“Onların 276 nəfəri Gürcüstandan olan titul sahibləridir. Gürcüstan ən çox “qanuni oğru” yetişdirmiş ölkələr siyahısına başçılıq edir”.



Qeyd edilir ki, Gürcüstanda oğru dünyası ilə bağlı xüsusi qanun qüvvəyə minib. Bu ölkədə “qanuni oğru”lara qarşı ən sərt cəzalar Mixail Saakaşvilinin hakimiyyəti dövründə tətbiq edilib. Sabiq prezident faktiki olaraq “qanuni oğru”lara “müharibə” elan etmişdi.



Onlardan bir çoxu həbsxanalara göndərildi, bəziləri isə Gürcüstanı tərk etdi.



Araşdırmalar zamanı məlum olub ki, kriminal avtoritetlərin sayına görə Rusiya ikinci yerdə qərarlaşıb. Bu ölkədə 61 titul sahibi yaşayır.



Liderlər üçlüyündə Ermənistan da yer tutur. Siyahıda 3-cü yerdə qərarlaşan bu ölkə “qanuni oğru”ların yerləşməsi baxımından Gürcüstan və Rusiyadan fərqlənir. Belə ki, araşdırmalar zamanı erməni “qanuni oğru”larının öz ölkələrində yaşamaları, respublikanı tərk etmədikləri məlum olub. publika.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024