Mobil versiya
Dövlət Yol Polisindən sürücülərə - Xəbərdarlıq
Tarix: 31-01-2017 | Saat: 11:29
Bölmə:Manşet | çapa göndər

Dövlət Yol Polisindən sürücülərə - Xəbərdarlıq








Qeyri-sabit hava şəraitinin davam etməsi ilə əlaqədar Dövlət Yol Polisi (DYP) sürücülərə və avtomobil sahiblərinə müraciət edib.

BDYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Trend-ə açıqlamasında bildirib ki, son 3 gündə aparılan müşahidələr göstərir ki, asfalt örtüyünün buz bağladığı vaxtlarda yolun hərəkət hissəsində qalmaqla başqa hərəkət iştirakçılarının, xüsusilə təcili tibbi yardım, qəza-xilasetmə və digər operativ nəqliyyat vasitələrinin də çağırış yerinə getməsinə mane olan avtomobillərin əksəriyyəti texniki cəhətdən nasaz olan, qış mövsümünə uyğun olmayan və protektorları yeyilmiş şinlərlə təchiz edilmiş nəqliyyat vasitələridir.

K.Əliyev qeyd edib ki, qeyri-sabit hava şəraitinin davam etməsi ilə əlaqədar yollarda meydana gələ biləcək yol qəzalarının və əvvəldə qeyd olunan halların qarşısının alınması məqsədilə, Baş DYP İdarəsi sürücülərin bir daha diqqətinə çatdırır ki, şaxtalı, qarlı hava şəraitində qış mövsümünə uyğun şinlərlə təchiz edilməmiş, eləcə də istismar müddəti çox olan, “ABS” tormoz sistemləri ilə təchiz olunmayan köhnə avtomobillərdən istifadə olunmamalı, nəqliyyat vasitələrinin hərəkət sürüəti hava şəraitinə uyğun seçilməli, zərurət olmadan ötmə əməliyyatları aparılmamalı, qəfil manevrlər və kəskin tormazlama hərəkətləri edilməməlidir. Əks təqdirdə idarə olunan nəqliyyat vasitəsi yol hərəkətində iştirakdan kənarlaşdırılmaqla sürücü inzibati məsuliyyətə cəlb ediləcək.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə